Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həyətində narkotik becərən şəxs saxlanıldı - HÖVSANDA

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Bu barədə Simsar.az - a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəllər məhkum olunmuş  paytaxt sakini Seyidağa Ağayev saxlanılıb. Onun Hövsan qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evinin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 40 ədəd ümümi çəkisi 5 kiloqram 515 qram olan çətənə bitkisi aşkar olunaraq götürülüb. Seyidağa Ağayev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan paytaxt sakini Elmar Mirzəyev saxlanılıb.

Onun Suraxanı qəsəbəsində yerləşən evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolları, üzərindən və mənzilindən 3 kiloqram 500 qram, o cümlədən, doqquz ədəd kibrit qutusunda satış üçün qablaşdırılan qurudulmuş marixuana, heroin, psixotrop maddə olan metamfetamin bükümləri və elektron tərəzi aşkar olunaraq götürülüb. Elmar Mirzəyev ifadəsində Suraxanı qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Seyidağa Ağayev və Elmar Mirzəyev barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.






24 İyun, 2021  12:27 Baxılıb: 3199 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner