Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının içməli suyu ilə bağlı açıqlama

“Bakı şəhərinin içməli suyu sanitar normalara uyğundur. Dövlət proqramına uyğun olaraq, paytaxtda su və kanalizasiya sisteminin qurulması istiqamətində işlər davam etdirilir”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

O qeyd edib ki, hələ ötən illərə qədər Sumqayıt və Corat ərazisində çirkab  suları sızıntı formasında birbaşa Xəzər dənizinə axıdılırdı. Bunun qarşısının alınması üçün müvafiq tədbirlər görüldü: “Həmin ərazidə hazırda 17 mobil tipli təmizləyici qurğu quraşdırılıb və artıq orada çirklənmə müşahidə olunmur. Bu proses gələcəkdə Abşeron yarımadasının digər ərazilərini əhatə edəcək.

Hazırda Qaradağ və Səbail rayonlarında olan, uzun müddət istismarı dayandırılmış təmizləyici qurğuların hələ də fəaliyyətə başlamaması bizim ağrılı yerimizdir. Yəqin ki, bu qurğular yaxın vaxtlarda fəaliyyətə başlayacaq”.






1 İyun, 2021  17:12 Baxılıb: 3801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner