Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aqil Acalov xristianları müqəddəs Pasxa bayramı münasibəti ilə təbrik etdi.

Yüzlərlə müxtəlif dini məbədin (məscid, kilsə, sinaqoq və s) fəaliyyət göstərdiyi Azərbaycan fərqli din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Hər din nümayəndəsinin öz ibadət tərzi var.

Tarix boyu ölkəmizdə ayrı-ayrı dini etiqad və inanclara malik qrupların əmin-amanlıq şəraitində yaşaması, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımızın humanizm və çoxmillətlilik dəyərlərinin əvəzedilməz rolu vardır. Bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzi olan tolerantlıq bizim bir dövlət, bir cəmiyyət olaraq fərqliliyimiz və zənginliyimizin təzahürüdür. Bugün Azərbaycan bir çox ölkələr üçün tolerantlıq nümunəsidir.

Azərbaycan Konstitusiyası insanların dini etiqadını seçməsinə və bununla bağlı mərasimləri yerinə yetirməsinə heç bir məhdudiyyət qoymur. Digər azadlıqlar kimi din azadlığının da formalaşmış olması burada müxtəlif dini ayinlərin və tədbirlərin keçirilməsi üçün şərait yaratmışdır.

Mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi bəşəri dəyərlərin cəmiyyətdə yayılması xüsusi miqyas və məna kəsb edir. Azərbaycanın tolerantlıq modelinin əsasında xalqın dərin tarixə əsaslanan milli mədəni xüsusiyyətləri və unikal tolerantlıq modelinin formalaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasət dayanır. Belə ki, multikulturalizm ölkədaxili siyasətin tərkib hissəsi olmaqla cəmiyyətdə etnik-mədəni müxtəliflikləri tənzimləyərək inteqrasiya proseslərinin dərinləşməsinə gətirib çıxarır. Ve beləliklə dini müxtəliflikdən ortaya çıxa biləcək qarşıdurma və anlaşılmazlıqların qarşısı alınır.

Əsrlərə dayanan bu milli xüsusiyyətimizə əsaslanaraq sizi – Azərbaycanın pravoslav-xristian icması,dəyərli həmvətənlərim, xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram.

Multikultural,tolerant Azərbaycanımızın rifah və xoşbəxt gələcəyi naminə daima birlik və bərabərlik içərisidə yaşamağınızı diləyirəm.

Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti,İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim Aqil Acalov.






1 May, 2021  17:56 Baxılıb: 4767 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner