Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nəsrəddin Tusinin yeni əlyazmaları tapılıb

“Türkiyədən gətiriləcək əlyazmalar üzərində tədqiqata başlanılacaq”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Nəsrəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans başlayıb. Simsar.az-ın məlumatına görə, tədbirdə 12 ölkədən 30-dək nümayəndə iştirak edir. 
Konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, N. Tusi XII əsr elmlərinin bütün sahələrini – astronomiya, riyaziyyat, fizika, tarix, fəlsəfə, hüquq elmlərini özündə cəmləşdirən nadir ensiklopediyaçı alimdir. M. Kərimov N. Tusinin yeni əlyazmalarının tapıldığını açıqlayıb: “Türkiyədən gətiriləcək əlyazmalar üzərində tədqiqata başlanılacaq”.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Akif Hacıyev qeyd edib ki, N. Tusi 1259-cu ildə Marağa şəhərində rəsədxana tikdirib və görkəmli alimləri oraya cəlb edərək astronomiyanın inkişafı üçün qiymətli kəşflər edib: “15 il bu rəsədxanaya rəhbərlik edən Tusi eyni zamanda tironometriyanı ümumiləşdirib və müstəqil elm şəklinə salıb”.
A. Hacıyev Tusinin rəsədxanada zəngin kitabxana yaratdığını da vurğulayıb: “Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etmək üçün məktəb fəaliyyət göstərib. Tusi Yaxın və Orta Şərq ölkələrinə, Bağdada, Şama, Mosula, Xorasana səfərləri zamanı qiymətli kitablar toplayaraq Marağaya gətirib. Tusi rəsədxanasında təlim-tərbiyə işi ilə də məşğul olub. Onun “Evklidin həndəsi üsulları kitabı” uzun müddət tədris vəsaiti kimi istifadə edilib”.
Aynurə






16 İyun, 2011  20:45 Baxılıb: 1632 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner