Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DYP “plyonka” BASKISINA DÖZMƏDİ

Lap yüksək səviyyədə qoyulan qadağalar aradan götürülür

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin ban şüşələrinin tündləşdirilməsi ilə bağlı növbəti məlumat yayıb. 

İdarədən Simsar.az-a daxil olan məlumatda Baş DYP İdarəsi bir daha avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

- Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %
- Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 %
- Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %

Məlumatda qeyd edilir ki, göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir.

Baş DYPİ bildirir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

“Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və inzibati məsuliyyətə cəlb edilir” - deyə, məlumatda bildirilir.

Avtomobillərdən plyonkaların yığışdırılması ilə bağlı lap yüksək səviyyələrdə qoyulan qadağalar göründüyü kimi bəhrəsini vermədi. Artıq faizlərlə əhatələnən görüntünün qarşısını alacaq, şüşələrdən istifadəyə icazə verildi.






16 İyun, 2011  18:40 Baxılıb: 7283 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner