Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gözü zəif olan şagirdə “korsan” deyən müəllimə töhmət verildi - FOTO

Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə “anormalsan, korsan” deyən müəllimə töhmət verilib. “Qafqazinfo”nun xəbərinə görə, vətəndaş Nicat Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşaraq bildirib ki, bacısı qızı Masazır qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır:

“Sinif rəhbərləri uşaqlara məktəbdə normal dərs keçmir ki, əlavə 50 manata hazırlığa getsinlər. Bacım qızı da iki ay hazırlığa getdi, sonra qərara gəldik ki, hazırlığı saxlayaq. Uşağı hazırlıqdan çıxardığımız üçün bu “müəllimə” uşaqla prinsip aparmağa, ayrı-seçkilik etməyə başlayıb.

O gün də onlayn dərsdə uşağa “anormalsan, korsan” deyərək uşaqların içində təhqir edib. Uşağın gözündə zəiflik var, eynək taxır. Bacım normal olaraq mədəni şəkildə bu davranışın səbəbini soruşub, o da sərt cavab verib”.

Məlumat ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni nəzarətə götürüb.

Nicat Məmmədov bildirib ki, məktəb direktorunun təklifi ilə uşağın sinfi dəyişdirilib, həmin müəllimə isə izahatı alındıqdan sonra töhmət verilib.

 






26 Dekabr, 2020  10:49 Baxılıb: 1929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner