Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kəmaləddin Heydərov: "FHN Suqovuşan su anbarını mühafizəyə götürüb"

Suqovuşan su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb”, - o bildirib.

Nazir qeyd edib ki, erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Onun sözlərinə görə, bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq.






16 Dekabr, 2020  10:03 Baxılıb: 2233 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner