Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb – FOTOFAKT

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə  məxsus “Ugano Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, “Ugano Limited” şirkətinin 2018-ci ildə heç bir öhdəliyi olmadığı halda, son bir ildə şirkətin öhdəliyi (Total Liabilities) kəskin şəkildə artaraq 2019-cu ilin sonunda 1 milyon 28 min 5 funt-sterlinqə (2,1 milyon manat) yüksəlib. Məlumat üçün bildirək ki, “Ugano Limited” şirkəti 28 avqust 2007-ci ildə İngiltərədə qeydiyyatdan keçib. Orxan Quluzadədən əvvəl “Ugano Limited” şirkətinə 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı rəhbərlik edib. 2010-cu ildən sonra şirkətə Azərbaycan vətəndaşı Aynur Quliyeva  rəhbərlik edib. Hazırda isə Londonda “11 Larch Court, Admiral Walk, Carlton Gate” ünvanında qeydiyyatda olan və daşınmaz əmlak sektorunda (fəaliyyət kodu 68100) fəaliyyət göstərən “Ugano Limited” şirkətinin direktoru millət vəkili Ülvi Quliyevin 31 yaşlı oğlu Orxan Quluzadədir.

 






20 Noyabr, 2020  16:55 Baxılıb: 1960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17














sagbanner