Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəhidin qardaşı: “Bəzi səhifələr reytinq xətrinə qardaşımın adından video paylaşır”

Qəbələ rayonu, Əmirvan kəndindən  olan şəhid Elvin Abdurahmanovun qardaşı Elçin Abdurahmanov sosial şəbəkələrdə qardaşı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Bu barədə Yeniavaz.com-a danışan Elçin Abdurahmanov qardaşı Elvinin oktyabr ayının 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirdi: “Qardaşım sözügedən videonu oktyabr ayının 1-i çəkmişdi və videonu əmimoğlu paylaşmışdı. Bəzi səhifələr paylaşır ki, həmin videoda Elvin yaralı olub, bu boş söhbətdir.  Düzdür, üzündən də hiss olunur ki, ağır döyüşlər gedib və yorulub, amma yaralı olmayıb.  Mən özüm ona görə nə qədər narahat oldum.  Bütün səhifələrdə o formada paylaşır və hamıya təsir edir.

Bundan sonra qardaşımın adına dünən başqa bir video yayıldı və orda bir oğlan deyirdi ki, mən şəhid olmamışam. Onu da mənim qardaş kimi qələmə verirdilər. Mən o oğlanın nömrəsini tapıb onunla danışdım. Bildirdi ki, Tovuz döyüşlərindən sonra onun şəhid olması ilə bağlı söz-söhbətlər çıxıb. Buna görə də avqust ayında belə bir video çəkib, paylaşıb. İndi də bəzi insanlar və səhifələr reytinq xətrinə mənim qardaşımın adından video paylaşır. Onun videosu ilə, həmin oğlanın avqust ayında çəkdiyi videosunu birləşdirib yayırlar ki, Elvin guya sağdır, şəhid olmayıb, özü bu barədə video çəkib. Biz indi o videonu ilk yayan insanı axtarırıq. Bildirmək istəyirəm ki, qardaşım Elvin Abdurahmanov oktyabr ayının 2-i şəhid olub”.

Şəhidin qardaşı eyni zamanda Elvinin anası ilə son zəngindən də danışdı: "Qardaşım anama dedi ki, sizin 2 oğlunuz var məni yaddan çıxardın. Mən Vətənin oğluyam. Hər kəsin həyatda bir arzusu var, mənim də qəlbimdə olan arzum bir gün Vətən üçün şəhid olmaqdı".






17 Noyabr, 2020  16:20 Baxılıb: 2057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner