Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda 27 yaşlı müəllimə özünü binadan atdı

Bakıda 27 yaşlı müəllimə özünü yaşadığı binanın pəncərəsindən atıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:

“121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.

Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib.

Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Bakıda 27 yaşlı müəllimin vəfat etməsi ilə bağlı məlumat paylaşılıb.






17 Sentyabr, 2020  12:11 Baxılıb: 3289 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner