Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Anar Qaraxançallı: Niyə rus dilində danışırıq?

Bu yaxınlarda Latviya Seymi dil ilə bağlı maraqlı bir qərar alıb. Qərara görə, 1 sentyabr 2019-cu ildən məktəblərdə təhsil dili yalnız latış dili olacaq. Rusiya mətbuatına görə, ölkənin 40 %-i rus dilini ana dili hesab edir. Yüzlərlə insan Seymin qarşısında qərarı protest edib. Amma hökumət artıq qərarı təsdiq edib. Bu sentyabrdan etibarən məktəbəqədər təhsildə də rus dili ləğv olunacaq. Qazaxıstanda da bu gündən etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadəyə qadağa qüvvəyə minir. Baxmayaraq ki, nazirlərin çoxu rus dilindən istifadəyə üstünlük verirlər.

Bizim rəsmilər isə Bakıda bəzi məktəblərdə rus bölməsinin sayının Azərbaycan bölməsinə bərabər olduğunu bildirirlər. Yəni, fəxr edirik.

Niyə uşaqlarımızı rusdilli məktəbə qoyuruq? Niyə rus dilində danışırıq? Niyə rus dilində danışmaq üçün psixoloji təsir edirik bir-birimizə? Niyə rus dilində danışmağı üstünlük hesab edirik? Niyə evdə, çöldə, bayırda ailə üzvləri, dostlar rus dilində danışırlar? Niyə uşaqlarımızla belə rus dilində danışmağa cəhd edirik? Nədir rus dilini ana dilimizdən dəyərli edən səbəb? Niyə ingilis, fransız deyil, rus dili?

Cavabsız suallar...

Rusları çox sevdiyimiz üçün... Ruslar tarixboyu bizim dostumuz olduğu üçün, bizə hər zaman dəstək olduqları üçün... Rus dili dünya dili olduğu üçün... Rus dilində danışaraq mədəniyyətimizin artacağını zənn etdiyimiz üçün... Azərbaycan dili danışmağa belə dəyməyəcək dəyərdə olduğu üçün... Rus dili hər yönüylə daha zəngin bir dil olduğu üçün... Uşaqlarımızın gələcəyini düşündüyümüz üçün... Yoxsa, içimizdəki qorxu hissi? Niyə?

Azərbaycan dili bizim varlığımızın sübutudur. Azərbaycan dili soykökümüzdür. Azərbaycan dili ulularımızdır, keçmişimizdir, bugünümüzdür, sabahımızıdır. Bizi biz edən bütün dəyərlər bir şəkildə dilimizlə əlaqəlidir. Dili inkar bilavasitə özümüzü inkardır. Bugün biz yaşayırıqsa, dilimizə borcluyuq. Nəsillərimizin gələcəyi də dilimizin mövcudiyyəti ilə düz mütənasibdir.

Belə olduğu halda, nədir bizi rus dilindən ayıra bilməyən səbəb? Yəqin ki, rusları sevdiyimiz üçün deyil. Az-çox tariximizə baxsaq, rusları sevməmək üçün kifayət qədər səbəblər görə bilərik.

Rus dili dünya dili olduğu üçün deyil. Əgər elə olsaydı, yəqin ki, ingilis dili öndə olardı. Bəziləri rus dilinin geniş yayılmasını, rusdilli coğrafiyada yaşamağımızla izah edirlər. Bu fikirlə tam razı deyiləm. Çünki bizdə təhsil səviyyəsi artıqca, rus dilindən istifadə nisbəti də artır. Rus dilinin aludəsi bu qrup insanlar da əsasən qərb ölkələrinə səyahət edirlər. Yəni ingilis dili onlar üçün daha vacibdir. Bəs niyə bu qədər məftunuq rus dilinə?

Çox düşündüm. Ən son ağlıma bir ehtimal gəldi. O da, içimizdəki qorxudur. Özümüzün də çox fərqində olmadığımız qorxu. Bizi bizdən xəbərsiz əsir edən qorxu.

Biz qorxuruq. Qorxumuz odur ki, Rusiya təkrar buraları işğal edə bilər. Yaxın tariximiz bu qorxumuzu bəsləyir. Dünyada gedən proseslər, Ukraynanın taleyi, Gürcüstünın yaşadıqları bizim bu qorxumuzu artırır.

Rusların geri dönüşü qorxusu bizi bizdən xəbərsiz ələ keçirib, bizi idarə edir, yönləndirir . Əslində təhsil səviyyəsinin artması ilə rus dilinə pərəstiş edənlərin sayının artması məhz bu səbəbdəndir. Təhsilli insanlar hadisələri izləyirlər. Gedişatdan Rusiyanın təkrar imperiya qurmaq arzularını görə bilirlər. Ona görə də, bir çoxları bu dilə yönələrək, övladlarını gələcəyə hazırlayırlar. Təəssüf ki, vəziyyətimiz acınacaqlıdır.

Hz. Hüseynə istinad edilən gözəl bir ifadə var: “Zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır”. Əgər millət kimi var olmaq istəyiriksə, haqsızlığa, köləliyə boyun əyməməyi əvvəla özümüzə, sonra da övladlarımıza təlim etməliyik. Əslində, zillətlə yaşayanlar, köləliyi qəbul edənlər fərqində olmadan hər gün, hər an ölürlər.

Allah bizə zillətlə yaşamağı nəsib etməsin.






10 Sentyabr, 2020  12:12 Baxılıb: 2247 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















sagbanner