Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hacı Şahin Həsənli yazır: Həqiqət və Ədalət

Quran başqalarına qarşı ədalətli və obyektiv olmağı tapşırır. Ədalət və obyektivlik (qist) yanaşı işlənilir. Müsəlman filosoflar deyirlər ki, ədalət hər şeyin öz yerində olmasıdır. Bunun üçün isə həqiqəti, reallığı görmək gərəkdir. Həqiqət olmayan yerdə ədalət də ola bilməz. Hətta ilahi göstərişlər belə insan daxili ilə səsləşir, insanı daxilini təmizləməyə vadar edir. Nə üçün? Daxili təmizləmək, yəni istəklərini nizamlamaq və idarə etmək, müstəqil düşünmək anlamına gəlir. Bu daxili ədaləti bərqərar etmək, daha sonra həqiqəti olduğu kimi görmək və nəhayət ictimai ədaləti təmin etmək deməkdir. Öz üzərində çalışmayan, mənəvi məsuliyyətini dərk etməyən insan nə həqiqəti görər, nə də ədalət tələb edə bilər. Onun üçün ədalət şəxsi istəkləridir. Hər hansı bir şey onun istəklərinə uyğundursa, deməli ədalətlidir. Əks təqdirdə hamını ədalətsizlikdə ittiham edəcək. Məsələn, bolşeviklər zənginləri qarət etməklə ədalətli olduqlarını düşünürdülər. Yaxud radikallar özləri kimi düşünməyənlərə təcavüz edirlər.

İmam Hüseynin Kərbəla hərəkatının əsas məqsədlərindən biri də bu iki dəyərin önəmini vurğulamaqdan ibarət olub. Dövrün ziyalılarının belə çaşqınlıqda olduğu bir zamanda, imam Hüseyn həqiqətin üzərindən pərdəni götürmək üçün canını fəda etməyə belə hazır oldu. Çünki bəzən iş o yerə çatır ki, həqiqəti izah etmək üçün söz kifayət etmir, can vermək lazım olur. İnsanların bir çoxunun ağlı gözündədir deyə, imamı tutduğu yoldan çəkindirməyə çalışırdı. İmam bəzi məqamlarda öz məqsədini izah edirdisə, bəzən bunun mənasız olduğunu görüb bu cümləni deməklə kifayətlənirdi: “ Allah məni şəhid görmək istəyir”. İmam Hüseyn(ə) bilirdi ki, öz hərəkatı ilə həqiqəti olduğu kimi göstərəcək, həm öz dövründə, həm də gələcəkdə yaşayacaq insanlar üçün.

Amma bu obyektiv həqiqəti ədalətli və insaflı insanlar görəcək. Gözünü yumub günəşi inkar edənlər hər zamanda olacaq. Bu səbəbdən, Qurani-kərim həqiqətlər haqda danışarkən, bəzən “sizə nə olub ki?”-sualını verir. Yəni özünüzü nə vəziyyətə qoymusunuz ki, sadə həqiqəti anlamırsınız?

İmam Hüseyn(ə) sadəcə həqiqətin aydınlaşma yolunu asanlaşdırdı, təbii ki, həqiqəti axtaranlar üçün...






9 Sentyabr, 2020  16:09 Baxılıb: 2722 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09


sagbanner