Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yevlax Rayonunun İcra başçısı yaşadığı küçəyə post qurdurub?

Simsar.az xəbər verir ki, yeni təyin olunan Yevlax  rayon  icra başçısı Anar Tağıyevdən sakinlər narazılıq edir. Sakinlərdən redaksiyamıza daxil olan məlumata görə, Anar Tağıyev keçən ilin oktyabr ayından rayon icra başçısı təyin olunmasına baxmayaraq, gəldiyi gündən rayonda heç bir dəyişikliklər olmayıb. Loru dillə desək yeni icra başçısının varlığı ilə yoxluğu arasında heç bir fərq yoxdur. Sakinlərdən daxil olan məlumatda bildirilir ki, icra başçısı qəbul günlərini tamam ləğv edib. Pandemiyaya görə, xüsusi karantin rejimində qəbullar online keçirilməsinə baxmayaraq Anar Tağıyev sakinləri online şəkildə də qəbul etmir. Dərdlərini deməyə icra başçısı tapa bilməyən sakinlər çarəsiz vəziyyətdə qalıblar. Daxil olan məlumatda o da bildirilir ki, yerli sakinlərdən biri (şəhid anası olduğu qeyd olunub) icra başçısının yaşadığı evin yaxınlığına gələrək (Fazil İsayev küçəsi) onun işdən evə gəlməyini gözləyib. Yolda icra başçısının qarşısını kəsərək onu qəbul etməsini istəyib. Qadına qəbul edərik deyib yola saldıqdan sonra icra başçısının yaşadığı küçəyə PPX postu qurulub. Bir müddətdən sonra isə post ləğv edilib, ancaq küşəyə PPX avtomobili 24 saat nəzarət edir.

Məlumatda o da bildirilir ki, yerli sahibkarlardan, obyekt və s sahiblərindən hər ay qeyri-qanuni pul da yığılır. Rayonun mərkəzi küçələrində işıqforların da işləmədiyi qeyd olunub. Bundan əlavə Rayon Hərbi Komissarlığının da yerləşdiyi K.Sabitov küçəsində təmir işləri aparılır, yeni asfalt örtüyü çəkilir. Ancaq sözügedən küçədə fəaliyyət göstərən obyektlərin qarşısına bardür çəkilib. Bu da həmin obyektlərin fəaliyyət göstərməsində çətinlik və giriş-çıxış məhdudiyyəti yaradır.

Qeyd edək ki, A. Tağıyev icra başçısı təyin olunanda ölkə başçısı İlham Əliyev onu qəbul edərək belə demişdi: "Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.Yevlax rayonunun çox böyük potensialı vardır. Orada da böyük infrastruktur layihələri icra edilib.

Simsar.az






8 Sentyabr, 2020  17:15 Baxılıb: 2687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner