Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İradə Nurəddinqızı: "Kran aşan tikinti ərazisi Sipark İnşaata aid deyil"

Xəbər verdiyimiz kimi, dünən Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsində kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşaraq həm insan itkisinə səbəb olub, həm də daşınmaz əmlaka ziyan vurub. Bəzi saytlarda kran aşan tikinti ərazisinin Sipark İnşaata aid olduğu bildirilən xəbərlər dərc olunub. Məsələ ilə bağlı şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən İradə Nurəddinqızı ilə əlaqə saxlayaraq münasibət öyrəndik. Onun sözlərinə görə sözügedən saytlarda yazılan xəbərlər həqiqəti əks etdirmir.

"Kran aşan tikinti ərazisi Sipark İnşaata aid deyil. Hadisə baş verən andan bütün informasiya agentlikləri, ciddi xəbər portalları və rəsmi qurumlar bildirib ki, hadisə “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan  hündürmərtəbəli yaşayış binasının tikinti ərazisində baş verib. Aşan kran isə “Kran Group” MMC-yə məxsusdur." İ.Nurəddinqızı onu da bildirib ki, saytlar yanlış xəbərlə bağlı təkzib də verib.

Simsar.az






5 Sentyabr, 2020  10:55 Baxılıb: 3003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner