Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yazıçı Rövşən Abdullaoğlunun daha bir uğuru - Azərbaycanda ilk! - FOTO

Azərbaycanlı yazıcı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun˝Relslər üzərinə uzanmış adam˝ romanı Amerikanın ˝Readers' Favorite˝ beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən, ən böyük mükafat fondlarından birinə sahib beynəlxalq ədəbi müsabiqədə qızıl medal qazandı!

“Readers Favorite” dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlardan biridir. Təşkil etdiyi müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 USD), 150-dən artıq fərqli janrda mükafat verən beynəlxalq yarışmadır. Müsabiqədə dünyanın hər yerindən minlərlə əsər iştirak edir.

Kitab “Readers Favorite”  müsabiqəsinə təqdim edildikdən sonra bir neçə mərhələdən keçir. Birinci mərhələdə əsər haqqında resenziya yazılır və beş kateqoriya üzrə (estetik görünüş, süjet, ideyanın inkişafı, şəkilləndirmə, nəzərdə tutulan auditoriyaya uyğunluğu) dəyərləndirmə aparılır. Daha sonra birinci mərhələdən uğurla keçmiş kitablar arasında bir neçə ay ərzində təkrar seçim edilir və qaliblər elan olunur.

Məlumat üçün qeyd edək ki, bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə, medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır. “Readers Favorite”in açıqlamasına görə, bu il konkurs ötən illərlə müqayisədə həddən çox yüksək olub. Bu cür ağır şərtlərlə yarışaraq birbaşa qızıl medal qazanmaq – yüksək nəticədir!

Nəticələr Amerikanın nəhəng beynəlxalq nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqerlərdən, jurnalistlərdən, naşirlərdən, kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 500 000-ə yaxın abunəçiyə çatdırılır. “Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

Yarışmanın qalibləri Mayamidə keçirilən tədbirdə mükafatlandırılır. Lakin pandemiya səbəbindən builki müsabiqənin təltif olunma mərasimi 2021-ci ildə baş tutacaq. Müəllif də qalib olaraq həmin tədbirə dəvət edilib.

Xatırladaq ki, Rövşən Abdullaoğlunun hazırda 4 əsəri ingilis, rus, türk dillərinə tərcümə olunmuş və digərləri də tərcümə olunmaqdadır. Bu kitablardan “Relslər üzərinə uzanmış adam” və “Bu Şəhərdə kimsə yoxdur” romanları “Amazon” platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də Amerikanın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.

Bu göstərici kitablarımızın dünya arenasında layiqli yer tutmağa, vətənimizi, ədəbiyyatımızı gözəl şəkildə təmsil etməyə qadir olmasından xəbər verir. İnanırıq ki, yazarımız gələcəkdə də vətənimizi beynəlxalq arenada uğurla təmsil edəcək.

 

 






3 Sentyabr, 2020  12:21 Baxılıb: 4014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner