Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qubadlının işğalından 27 il ötür

Bu gün Qubadlının işğalı günüdü. 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. 30 mindən artıq əhali öz yurd-yuvasından didərgin düşdü. Var-dövləti başdan aşan rayon mərkəzi və 94 kənd qarət edildi, talandı, yandırıldı. Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dənizdən-dənizə böyük Ermənistan yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm Çar, həm də Sovet imperiyasının çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılıb. Azərbaycan torpaqlarına, o cümlədən Qubadlıya erməni işğalçıları hücum edib, kəndlər yandırılıb, talan edilib, dinc əhaliyə divan tutulub.
Qubadlı əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşib. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi əslində münaqişənin örtülü olsa da bünövrəsini qoyub. Lakin Qarabağ münaqişəsinin əsl startı Sovet imperiyasının labüd çökməsi nəticəsində baş verdi. 1988-ci il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılar qəbul etdilər.
Dağlıq Qarabağla Ermənistan arasında yerləşən, Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirlər. Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. 1989-cu ilin sentyabr ayında Sovet qoşunlarının zirehli texnikalarının müşaiyəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınladığı xəbər verildi. Bir saat ərzində əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Xankəndi şəhərinə avtomobil karvanı buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndiyə yol tapa bildi və karvanı müşaiyət edən zirehli texnika Laçın şəhərində faciələr törətdi.
Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Bilavasitə, Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Y.Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndləri təcavüz edilir, kəndlər atəşə tutulurdu.
1989-cu ilin axırları rayonda vəziyyət son dərəcə ağırlaşdı. Gündüz sərhəddə keşik çəkən düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri çatmırdı.
Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalıb. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarsılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi.
Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşaiyəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilib. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.
Avqustun 31-də daha bir faciə törədildi. Qaniçən erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal olundu.






31 Avqust, 2020  09:11 Baxılıb: 3826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner