Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Səxavət Ənvəroğlunun "Gedirəm” adlı şeirlər kitabı işıq üzü görüb

“Ecoprint” nəşriyyatında istedadlı şair Səxavət Əmvəroğlunun “GEDİRƏM...” adlı sayca 5-ci şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib.
Azərbaycan Jurnalistlər birliyinin üzvü Səxavət Ənvəroğlu (Seyidməmmədov) 1964-cü il mart ayının 5-də vətənimizin dilbər güşələrindən olan Quba rayonunun Qımıl kəndində anadan olub. 1981-ci ildə orta məktəbi, 1984-cü ildə Azərbaycan Dənizçilik Akademiyasının (keçmiş Qafur Məmmədov adına Bakı Dəniz yolları məktəbi) Gəmi güc qurğularının istismarı şöbəsini mexanika ixtisası üzrə bitirib.
Gənc yaşlarından bədii yaradıcılıqla da məşqul olan S.Ənvəroğlu, peşəsi ilə əlaqədar olaraq ömrünün 40 ilə yaxın dövrünü qürbətdə, dünya sularında üzməklə keçirib. Buna baxmayaraq Vətən, yurd sevgisi onun poeziyasının qayəsini təşkil edib. Çünki, o, hara üz tutubsa qəlbində Azərbaycanı aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə - Vətənə can atıb, ürəyi Vətən eşqi ilə alışıb – yanıb. Bu hisslər onun bütün vətənpərvərlik şeirlərindən açıq-aydın duyulur. Ata-anaya məhəbbət, dosta sədaqət, böyüklərə ehtiram da şairin yaradıcığında geniş yer tutur. Sevgidə etibarı əsas tutan müəllifin təlatümlü, qasırğalı dəniz, dənizçilik həyatı ilə bağlı şeirlərində isə amansız fırtınalarda yaşadığı duyğular canlandırılır.
​ “Gedirəm...”, şairin  “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017) və “Sətir-sətir oxu məni” (2018) kitablarından sonra oxucularla beşinci görüşüdür. Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən topludakı şeirlər, müəllifin  poetik dünyasının ən son nümunələridir.
Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin,  Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur.






25 Avqust, 2020  11:10 Baxılıb: 5340 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner