Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İcra hakimiyyəti 4 aylıq şirkəti qalib elan etdi – 10 min manat ayırdı

Yeni yaranan və bu səbəbdən də təcrübəsi olmayan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, belə müsabiqələrdən (kotirovka sorğusu) birinin qalibi “Quality Repair” MMC (VÖEN-4300723501) adlı şirkət olub.
“Quality Repair” MMC 07.08.2020-ci il tarixindən etibarən Qax rayon İcra Hakimiyyətinin inzibati binasının təmirinə başlayıb. İcra Hakimiyyəti inzibati binanın təmiri üçün “Quality Repair” MMC-yə 9 min 987 manat 54 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, Qax rayon İcra Hakimiyyəti kotirovka sorğusunu ötən ayın əvvəlində elan edib. Müsabiqənin qalibi olan “Quality Repair” MMC elandan cəmi 4 ay əvvəl – 30.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Onu da bildirək ki, bugünə kimi bir-çox dövlət qurumlarının elan etdiyi tenderlərin qalibləri bir-neçə ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan şirkətlər olub. Həmin şirkətlərin siyahısına bu linkdən baxa bilərisniz:
Bu dövlət qurumlarının "tender" müəmması: Layihələr bir aylıq şirkətlərə həvalə olunur.






10 Avqust, 2020  15:18 Baxılıb: 4592 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner