Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prezidentin tənqid etdiyi SOCAR, AZAL və "Azərenerji" borc içində "üzür" – MƏBLƏĞ

Dövlət təminatı ilə alınan borcların qaytarılması üçün 2019-2024-cü illər ərzindən dövlət büdcəsindən 2 milyard 960,8 milyon manat vəsait ayrılacaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu vəsaitin 388,6 milyon manatı bu il – 2020-ci il ərzində ödəniləcək. Ötən illə müqayisədə bu il geri qaytarılacaq borcun məbləğ 123,5 milyon manat artacaq.
Bu il "Azərbaycan Hava Yolları" ASC -nin (AZAL) dövlət büdcəsi hesabına ödəməli olduğu borcun ötənilki 101,3 milyon manatdan 160 milyon manata, "Azərenerji" ASC-nin ödəməli olduğu borcun 41,3 milyon manatdan 61,1 milyon manata, SOCAR-ın ödəməli olduğu borcun  isə  13,3 milyon manatdan 56,9 milyon manata qədər artacağı proqnozlaşdırılır.
Eyni zamanda adları qeyd olunan qurumlar dövlət büdcəsi qarşısındakı vergi öhdəliklərini də vaxtında yerinə yetirməyiblər.
Ümumilikdə 12 milyard 581 milyon manat borcu olan SOCAR-a bağlı qurumların dövlət büdcəsinə böyük həcmdə vergi borcu da var. SOCAR-a bağlı olan qurumlar arasında ən çox borcu olan Ekologiya İdarəsidir. Bu idarənin 06.08.2020-ci il tarixinə olan vergi borcu 1 milyon 405 min 763 manat 95 qəpik olub. Onu da bildirək ki, SOCAR-a bağlı olan birgə müəssisələr arasında da vergi borcu olan şirkətlər var. 75,5%-i SOCAR-a məxsus olan “SOCAR Energy Georgia” MMC-nin Azərbaycandakı nümayəndəliyinin 1 714 manat 64 qəpik vergi borcunun olduğu bildirilir.
Bundan başqa SOCAR-a bağlı müəssisələrdən “SOCAR-Rodan” MMC-nin 92 min 415 manat 1 qəpik, “SOCAR Dalğıc” MMC-nin isə 268 min 442 manat 95 qəpik vergi borcu var.
Vergi öhdəliyini vaxtında ödəməyən qurumlardan biri də enerji sektorunda fəaliyyət göstərən və böyük dövlət şirkətlərindən olan "Azərenerjitikintiquraşdıram” ASC-dir. Bu qurumun 06.08.2020-ci il tarixinə olan vergi borcu 406 min 731 manat 41 qəpik olub.
AZAL-ın dövlət büdcəsinə olan vergi borcu isə 376 min 913 manat 39 qəpik olub.
Məlumat üçün qeyd edək ki, dünən keçirilən müşavirədə Prezidenti İlham Əliyev adları qeyd olunan qurumlar haqqında aşağıdaki tənqidi fikirləri səsləndirib:
SOCAR haqqında - "Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz".
AZAL haqqında - "Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?"
"Azərenerji" haqqında – “Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir".






7 Avqust, 2020  14:28 Baxılıb: 5620 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner