Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Polis xüsusi karantin elan edilən rayonlarda reydlər keçirib

Xüsusi karantin rejiminin qüvvədə qaldığı Göygöl və Goranboy rayonlarında polis əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda o cümlədən iri supermarketlərdə gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Vətəndaşlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.
Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.(yeniavaz.com)






4 Avqust, 2020  09:29 Baxılıb: 4565 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner