Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezidentin köməkçisi: “Ermənistan “Metsamor”u siyasi şouya çevirir”

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki və strateji obyektlərin hədəfə alınması ilə bağlı siyasət yoxdur. Ermənistan bu kimi məsələlərdən dezinformasiya kimi istifadə edir”.  Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuzdakı təxribatına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanda “İsgəndər” raketi vasitəsilə müxtəlif vaxtlarda Mingəçevir su anbarını vurmaqla bağlı hədələr səsləndirilib.
“Həmçinin, strateji obyektlər olan neft-qaz boru kəmərlərimizi hədəfə alacaqları ilə bağlı açıqlamalar veriblər. Azərbaycanın isə hər hansı strateji əhəmiyyət daşıyan nöqtələri hədəfə alınması məqsədi yoxdur.
Onlar bu kimi dezinformasiyalarla məsələdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq istəyirlər”, - deyə o əlavə edib.
H.Hacıyev qeyd edib  ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif vaxtlarda Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirməklə bağlı ifadələr də işlədiblər. Azərbaycan tərəfindən “Metsamor”un vurulması ilə  bağlı verilən açıqlama rəsmi mövqeni ifadə etmir.
“Bu fərdi istiqamətdə olan fikirdir. Ermənistan “Metsamor” məsələsini məqsədyönlü şəkildə  siyasi şouya çevirib”.






21 İyul, 2020  13:18 Baxılıb: 3114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner