Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aqil Acalov : Biz təməli güclü milli birliyə dayanan millətik!

İctimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov baş verən hadisələrlə bağlı öz fikirlərində bildirib:
Hər zaman qürur hissi yaşadan hadisələri gözü götürməyənlər olub və olacaqdır. Bu həyatın danılmaz reallığıdır.
Dünən xalqımız bir daha öz iradəsini, vətənpərvərlik hissinə əsaslanan milli mənəvi birliyimizin gücünü, dövlət və dövlətçiliyə olan bağlılığını bir daha göstərdi. Ancaq çox təəssüf ki, o möhtəşəm yürüşün arasında belə içimizdə olan xainlər bir daha öz üzlərini göstərdilər.
Xalqımızın bu cür həssas dövründə, müharibə şəraitində olduğumuz halda daxili çaxnaşma yaradaraq, provokativ hərəkətlər edərək öz məkrli siyasətlərini həyata keçirmək istədilər. Ancaq həmin anti-milli qüvvələrin və onların havadarlarının nəzərə almadıqları bir şey var - Azərbaycan xalqı  öz dövləti və ordusu ilə həmrəydir! Gənclərimiz və bütün xalqımız cənab Ali Baş Komandanın ətrafında istər informasiya, istər silahlı müharibədə sıx birləşib. Biz təmkinlə ölkə başçısına güvənərək ən doğru qərarları ondan gözləyir, ondan alırıq, bu hər zaman belə olub, belə də olacaq.
Xainlər bilsin ki, biz milli ideologiyanın, milli ruhun bütünləşdirdiyi cəmiyyət olaraq onların  vətənpərvərlik adı altında təqdim etmək istədikləri məkrli və qərəzli fikirlərinə uymarıq, dövlətimizi onlara yedirtmərik!
Biz təməli güclü milli birliyə dayanan millətik! Hər birimizin yolu Azərbaycançılıq yolu, dövlətçiliyimizin yolu olmalıdır.
Provokasiyalara, təxribatlara uymayın, prezidentimizə və dövlətimizə inanın.
Bu gün biz dövlət başçımızın ətrafında daha sıx birləşməli, var gücümüzlə dövlətimizə və ordumuza böyük inam hissi ilə dəstək olmalıyıq.






16 İyul, 2020  10:30 Baxılıb: 2858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner