Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ayasofiyada ibadətlərin başlama tarixi bəlli oldu

“Hazırlıqları sürətlə tamamlayaraq 24 iyul - cümə günü, cümə namazı ilə birlikdə Ayasofiyanı ibadətə açmağı planlaşdırırıq. Hər kəsi ölkəmizin məhkəmə və icra orqanları tərəfindən verilən Ayasofiya qərarlarına hörmətlə yanaşmağa dəvət edirəm. Beynəlxalq aləmdə bu məsələyə dair ortaya qoyulan hər baxışı anlayışla qarşılayarıq. Amma Ayasofiyanın hansı məqsədlə istifadə olunacağı Türkiyənin suveren haqları ilə bağlı bir məsələdir”. “Habertürk” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ayasofiyanın camedən muzeyə çevrilməsi barədə Nazirlər Şurasının 1934-cü ildə qəbul etdiyi və cari ilin 10 iyulunda Dövlət Şurası tərəfindən ləğv edilən qərarı xatırladan Türkiyə lideri deyib: “Tək partiya dövründə verilən bu qərar tarixə xəyanət olmaqla yanaşı, hüquqa da ziddir. Çünki Ayasofiya nə dövlətin, nə də hər hansı qurumun malı, vəqf mülküdür”.
Ayasofiyanı Türkiyə Respublikasının 567 illik tarixi olan (İstanbulun fəthinə gedib çıxan) təməl dəyərlərindən biri hesab edən prezident bildirib: “Bu gün inanca əsaslanan bir mübahisə açılacaqsa, bunun mövzusu Ayasofiya deyil, dünyanın dörd yanında hər gün şiddətlənən islam düşmənçiliyi və yabançı nifrəti olmalıdır. Türkiyənin qərarı yalnız öz daxili hüququ və tarixi haqları ilə əlaqəlidir”.
1453-cü ilin may ayının 29-da İstanbulun fəthini və Ayasofiyanın cameyə çevrilməsini türk millətinin tarixində ən şanlı səhifələrdən biri kimi dəyərləndirən dövlət başçısı bu gün də insanlığın ortaq mədəni mirası olan bu abidənin məscidə çevrilməsini ötən əsrlər boyu dəfələrlə baş verən diriliş hadisələrindən biri olaraq səciyyələndirib.
Türkiyədə tarixən dini ayrı-seçkiliyə rast gəlinmədiyini vurğulayan ölkə başçısı bununla bağlı aşağıdakı fikirləri dilə gətirib: “Tarix fəth etdiyimiz hər yerdə rifahı, əmin-amanlığı, xoşməramı bərqərar etmək üçün mübarizə apardığımızın şahididir. Bu gün də ölkəmizin hər guşəsindəki camelərin yanında hər inanca aid minlərlə tarixi məbəd var. Həmçinin icması olan hər yerdə kilsələr və sinaqoqlar fəaliyyət göstərir. Hazırda ölkəmizdə ibadətə açıq 435 kilsə, sinaqoq və həvrə var. Başqa coğrafiyalarda bənzərinə rastlaşmadığımız bu mənzərə bizim fərqləri zənginlik olaraq gördüyümüzün təzahürüdür”.
Xatırladaq ki, dünən Türkiyə Dövlət Şurası Ayasofiyanın, yəni keçmiş Müqəddəs Sofiya Kilsəsinin camedən muzeyə çevrilməsi barədə Nazirlər Şurasının 1934-cü il qərarına xitam verib. Bununla da həmin tarixi məbədin məscid kimi istifadəsi üçün hüquqi əsas yaradılıb. UNESKO Türkiyə hökumətini Ayasofiya ilə bağlı dialoq aparmadan və ya əvvəlcədən xəbərdarlıq etmədən verdiyi qərarı təəssüflə qarşıladığını bildirərək Dünya Mədəni Mirası Komitəsinin növbəti iclasında bu müstəsna abidənin statusu gözdən keçirilənədək dialoqa başlamağa çağırıb.






11 İyul, 2020  11:56 Baxılıb: 10358 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner