Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Havalar kəskin dəyişir - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Xidmətin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək.
İyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi 15-20, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu  ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.






8 İyul, 2020  16:02 Baxılıb: 2658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner