Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Karantin rejiminin pozulmasına görə cərimələrin artırılması təsdiqləndi

Milli Məclisin iclasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin iki dəfə artırılması müzakirəyə çıxarılıb.  Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada verilir.
Buna qədər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilirdi.
Layihədə onların iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək deyil, üç min manatdan dörd min manatadək məbləğdə cərimələnməsi təklif edilir.
Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər dörd min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Layihə səsə qoyularaq qəbul edilib.






29 İyun, 2020  11:34 Baxılıb: 2859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner