Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

2 çay daşdı

2 çay da daşmaq üzrədir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 13-də saat 15:10-dan 15:40-a qədər Qax rayonunun İlisu kəndinə yağan leysan yağışı nəticəsində Kürmükçay və Hamamçaydan qısamüddətli daşqın keçib.

Eyni zamanda iyunun 13-də İsmayıllı rayonunun dağlıq ərazilərinə yağan leysan yağışları nəticəsində rayonun ərazisindən axan Əyriçayda suyun səviyyəsi artıb. Balakən-Şəki bölgəsinin ərazisinə yağan leysan yağışlar nəticəsində son 4 gün ərzində Qanıx çayında suyun səviyyəsi 128 sm artıb.

Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 75-115, Kiçik Qafqaz çaylarında 75-125, Lənkəran-Astara bölgəsi çaylarında 110-225, Naxçıvan MR çaylarında isə 118 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 445 m3/san, yəni ongünlük normanın 75 faizini (2010-cu ildə 410 m3/san olmaqla ongünlük normanın 69 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 404 m3/san, yəni ongünlük normanın 239 faizini ( 2010-cu ildə 124 m3/san olmaqla ongünlük normanın 73 faizini) təşkil edir. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 693 sm (2010-cu il iyunun 14-də səviyyə 864 sm, 2010-cu il mayın 21–də maksimal səviyyə 955 sm); Şirvanda 596 sm (2010-cu il iyunun 14-də səviyyə 781 sm, 2010-cu il mayın 18–də maksimal səviyyə 853 sm); Salyanda 558 sm (2010-cu il iyunun 14-də səviyyə 762 sm, 2010-cu il mayın 18 –də maksimal səviyyə 855 sm); Bankədə 351 sm (2010-cu il iyunun 14-də səviyyə 446 sm, 2010-cu il mayın 18–də maksimal səviyyə 503 sm); Araz çayının Novruzlu məntəqəsində isə 425 sm (2010-cu il iyunun 14-də səviyyə 620 sm, 2010-cu il mayın 21–də maksimal səviyyə 734 sm) təşkil edir.






14 İyun, 2011  19:42 Baxılıb: 1238 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner