Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa Azərbaycan Məktəbi ibtidai və orta təhsilə şagird qəbulu elan edir

Avropa Azərbaycan Məktəbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmış beynəlxalq özəl təhsil müəssisəsidir. Məktəb 2015-ci ildə Beynəlxalq Bakalavriatın Diplom Proqramı (IB DP), 2017-ci ildə İbtidai Təhsil Proqramı (IB PYP), 2015-ci ildə Kembric Beynəlxalq İmtahanları (CIE) üzrə akreditasiya almışdır. Hazırda o, Orta Təhsil Proqramı (IB MYP) üzrə akreditasiya mərhələsindədir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin üzvüdür.
Məktəb fərdi layihələr əsasında inşa edilmiş iki müasir tədris korpusunda yerləşir. Şagirdlərin ixtiyarına  münasib sayda sinif otaqları, elm və texnologiyanın ən son nailiyyətlərini özündə ehtiva edən təbiət elmləri laboratoriyaları verilmişdir. Dərslər ingilis dilində keçirilir. Bununla yanaşı Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyasının tədrisinə xüsusi diqqət yetirilir. Şagirdlər, həmçinin intensiv şəkildə rus, alman və ispan dillərini öyrənmək imkanına  malikdirlər. Onlar məktəb kitabxanalarında müxtəlif nəşrlərlə zəngin olan geniş çeşiddə tədris, elmi-kütləvi  və bədii ədəbiyyatdan istifadə edirlər. Şagirdlərin maraq dairəsini nəzərə alan təhsil, incəsənət və idman yönlü müxtəlif sosial klublar fəaliyyət göstərir. Məktəbdə olimpiya standartlarına tam uyğun gələn idman zalı və üzgüçülük hovuzları, səmərəli istirahət üçün yay oyun və idman meydançaları, yüksək keyfiyyətli və müxtəlif çeşidli yemək təklif edən yeməkxanalar, habelə “Məktəb avtobusu” xidməti vardır.
Məktəbə qəbul üçün eas.az saytına daxil olub https://eas.openapply.com/  səhifəsində elektron ərizəni doldurlmalısınız. Qəbul müsabiqə yolu ilə aparılır. Birinci mərhələdə şagirdlərin yaş xüsusiyyətinə uyğun olaraq, onlarla fərdi şəkildə onlayn müsahibə aparılır, ümumi dünyagörüşü və erudisiyası, maraq dairəsi, təhsil gözləntiləri araşdırılır. İkinci mərhələyə buraxılmış namizədlər ingilis dili, riyaziyyat və Azərbaycan dili (Azərbaycan vətəndaşları üçün) fənlərindən imtahan verir. Müsabiqə qaliblərinə bildiriş göndərildikdən sonra 5 gün ərzində şagirdin şəxsiyyət vəsiqəsinin surəti, təhsil aldığı məktəbdən arayış, habelə 3x4 ölçüdə 1 ədəd rəngli fotoşəkli məktəbə təqdim olunmalıdır.






13 İyun, 2020  13:17 Baxılıb: 2497 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
14 İyul, 2020  09:31






13 İyul, 2020  14:20












10 İyul, 2020  13:32

10 İyul, 2020  11:16

9 İyul, 2020  10:09
















6 İyul, 2020  16:48







2 İyul, 2020  16:06







sagbanner