Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum olub

Tanınmış bəstəkar, Xalq artisti Arif Məlikovun Bakıda heykəlinin ucaldılacağı yer məlum olub. Bunu layihənin rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov deyib.  Onun sözlərinə görə, artıq heykəlin qoyulacağı yer seçilib və təsdiqlənib: “Heykəl Milli Konservatoriyanın bağında, binanın yaxınlığında ucaldılacaq. Abidə üzərində hələ işə başlamamışam. Gözləyirdim ki, yer təsdiqlənsin ondan sonra layihə hazırlansın. Çalışacağam ki, heykəl orjinal olsun və başqa heykəllərə oxşamasın”.
Qeyd edək ki, ötən il mayın 17-si Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. O, 2019-cu il mayın 9-da vəfat edib və Fəxri xiyabanda dəfn edilib.(report)






4 İyun, 2020  11:33 Baxılıb: 3005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


19 Oktyabr, 2021  09:38




18 Oktyabr, 2021  12:25



13 Oktyabr, 2021  10:49


12 Oktyabr, 2021  11:02

12 Oktyabr, 2021  10:37



12 Oktyabr, 2021  10:30

12 Oktyabr, 2021  10:27






13 Sentyabr, 2021  15:11



9 Avqust, 2021  13:57

6 Avqust, 2021  14:15







2 Avqust, 2021  09:44

30 İyul, 2021  14:21



29 İyul, 2021  13:56









27 İyul, 2021  10:41

27 İyul, 2021  10:38



sagbanner