|
Mahir Mehdi: "Özüm yaradardım səni, əgər doğulmasaydın"
... Sən gələndə,
üzərindən
tapıldı itmiş tayım.
Durdum,
uzatdım sıranı,
mən endə artdı sayın.
Enib özümdən,
bu başı
dizlərimdə yürüdüm.
Oxuyub, öz dilimdəcə
səni əzbər kiridim.
Sıfırlanıb mənsizləşdi,
birim paylandı minə.
Sən gələndə,
yoxa çıxıb,
düşdüm sənin şəklinə.
Sən gələndə,
dildən aşıb
sözlər dağılmasaydı...
Özüm yaradardım səni,
əgər doğulmasaydın.
23 May, 2020 11:17 ⁄ Baxılıb: 8734 ⁄ Çap
Bu bölmədə
|
|
|