Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Milli Olimpiya Komitəsi “OLİMPİYA GÜNÜ” nü Bakı sakinləri ilə qeyd edib

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin Olimpiya mükafatçısı Rəsul Çunayev və Azərbaycan Çerlidinq Federasiyasının Milli yığma komandasıının üzvlərinin iştirakı ilə OLİMPİYA GÜNÜ qeyd olunub.

Tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında  Olimpiya  hərəkatını təbliğ və təşviq etmək olub. Ölkə başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizədə “Biz Birlikdə Güclüyük” devizinə dəstək olaraq reallaşdırılan kompozisiya dünyada və Azərbaycanda bir ilkdir.

31 may tarixinədək mərhələli şəkildə yüngülləşdirilən karantin  rejiminin  bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.

Eyvanlara çıxan bina sakinləri Azərbaycan Çerlidinq Federasiyasının Milli yığma komandasının üzvlərinin təqdim etdiyi hərəkətləri təkrarlayıblar. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılib.  Yunan-roma güləşçisi və müvafiq idman növündə Rio 2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa Çempionatlarının qızıl mükafatçısı, Bakı 2015 Avropa Oyunlarının çempionu, “Şöhrət” ordenli  Rəsul Çunayevin  çıxışı və rəqsi tədbirdə əsl çoşquya səbəb olub.  Sakinlər əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.

QEYD: Tədbiri izləmək yalnız eyvanlardan mümkün olub.

 






22 May, 2020  16:04 Baxılıb: 5914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
22 Sentyabr, 2023  12:52





25 İyul, 2023  13:09




25 Aprel, 2023  15:29

25 Aprel, 2023  13:56














2 Fevral, 2023  15:19

2 Fevral, 2023  15:12





30 Yanvar, 2023  14:17





18 Yanvar, 2023  12:30



5 Yanvar, 2023  11:14

21 Dekabr, 2022  14:07






29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57

sagbanner