Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Məşədi İbad”ın Gülnazı vəfat etdi

“O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib. Bu barədə “Qafqazinfo”ya T.Gözəlovanın qohumları məlumat verib.

Qeyd edək ki, T.Gözəlova AzTV-nin ilk xanım diktoru olub, 1956-cı il mayın 1-də efirə çıxıb. Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova 1956-1959-cu illərdə Azərbaycan Dövlət Televiziyasının diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

 






8 May, 2020  15:34 Baxılıb: 3491 Çap

Bu bölmədə

18 Sentyabr, 2020
Milli Musiqi Günüdür

XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner