Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hacı Şahin Həsənli: "Ölüm yuxusuna getmiş vicdanların oyanma vaxtıdır"

Son günlər baş verən qlobal hadisələr fonunda Hacı Şahin Həsənli öz düşüncələri ilə bölüşüb: Duası qəbul olunan kişilərmi (insanlarmı) azalıb? Olmaya duası qəbul olunanlara dua etməmək tövsiyə olunub? Bir ölkəyə bəla nazil olan zaman Allah övliyalarından olan alimimiz bəlanın uzaqlaşması üçün dua edir. Bir neçə gün sonra ona bildirilir: “Dua etməyi dayandır, hörmətin o qədərdir ki, Allah sözünü yerə salmaq istəmir. Dua etsən, qəbul olunmalıdır. Bu bəla isə, Allahın təqdiridir”.

Bəlanın dəf olunması üçün dua kifayət etmir bəzən, həmin sıxıntının çatdırmaq istədiyi mesajı anlamaq lazımdır. Moizə və nəsihətlə anlamaq istəmədiyimiz həqiqətləri, bəla dili ilə anladır Allah. Bəzən Allahı da öz etinasızlığı ilə “əlacsız” qoyur insan. Tanrının mesajını nə qədər tez anlasaq, bir o qədər bəlanın müddətini qısaltmış oluruq. İmam Səccadın (ə) duası yada düşür:

"İlahi məni bəla ilə ədəbləndirmə”.

Yəni həqiqətləri işarədən anlayacaq qədər şəxsiyyətli olum, bəlanın anlatmaq istədiyini, o gəlməmişdən öncə başa düşüm...

İnsan öz istədiyini deyil, lazım olanı etdikcə, tədricən lazım olanı istəməyə başlayır. Sevgi və nifrəti haqdan qaynaqlanan insan pak və ləzzətdən ibarət olan bir həyata qədəm qoyur. Bəndəliyin mahiyyəti budur: yüzlərlə mümkün olan variantlar arasında hər situasiyaya uyğun olanını, ən optimalını seçib ona könül xoşluğu ilə əməl etmək. Allahın yardımı olmadan bunu etmək mümkün olmadığı üçün, hər gün “bizi doğru yola yönəlt” duası edilməlidir. Yeganə vacib olan dua budur...

Ürək nə baş verdiyini hiss edir, dil ifadə edə bilmir. Bəla ruhu çalxalayıb, özündən belə gizlətdiyin həqiqətləri ruhunun "dibindən" üzə çıxarır. Etiraf zamanıdır!

Ölüm yuxusuna getmiş vicdanların oyanma vaxtıdır. Bəşəriyyət də bir fərd kimi gəldiyi yolun səhv olduğunu etiraf etməli, dəyişmək qərarına gəlməlidir. Dünya qlobal dəyişikliyə hamilədir. Bu dəyişikliyin hansı yöndə olacağını biz müəyyən etməliyik. Hər birimiz ayrılıqda və hamımız birlikdə!

Zülmət gecənin nurlu sabaha çevriləcəyi ümidi ilə...

hacishahin.az






8 Aprel, 2020  10:59 Baxılıb: 3041 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07






sagbanner