Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Metro bağlandı, avtobuslardakı vəziyyət

Məlum olduğu kimi, ötən axşamdan etibarən Bakı Metropolitenində qatarların hərəkəti dayandırılıb. Dünən saat 22:00-dan bağlanan metronun ən tezi aprelin 20-də açılacağı gözlənilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarından sonra metrodan istifadə edən sərnişinlər də avtobuslara üz tutub.

Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev AzTV-yə açıqlamasında bildirib ki, bu gün səhər saatlarında marşrut avtobuslarında sıxlıq müşahidə edilib:

“Bakı Nəqliyyat Agentliyinin rəhbər şəxsləri ilə birlikdə sərnişinlərlə fərdi söhbət apardıq. Bir çox şəxs zərurət olmadan evdən çıxıb. Düzdür, işə gedənlər də var. Amma xüsusilə, yaşlı insanlar oğlunun, qızının evinə getmək üçün marşrut avtobuslarından istifadə edir. Poliklinikaya getməyi bəhanə edənlər də var. Vətəndaşlara bir daha çağırış edirəm ki, mümkün qədər evdə qalsınlar.

Sərnişin avtobuslarının dezinfeksiya işləri hər gün edilir. Bu, bütün nəqliyyat strukturlarında aparılır. Dayanacaqlar, ödəmə terminallarının dezinfeksiyası daha da artırılır”.

“Koroğlu” NMM-dəki vəziyyətlə bağlı çəkilən fotolar:

(qafqazinfo)






1 Aprel, 2020  11:04 Baxılıb: 2735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner