Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan sərhədini pozmaq istəyən 20 əcnəbi saxlanıldı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat Xidmətindən verilən məlumata görə, Xidmətin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən dörd İran, dörd Konqo, üç Pakistan, iki Özbəkistan, iki Hindistan, bir Türkiyə, bir Tacikistan, bir Qvineya, bir Şri-Lanka və bir Moldova vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.

Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb. Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən bir ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.







16 Mart, 2020  12:06 Baxılıb: 1115 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
















22 May, 2020  13:30








16 May, 2020  14:30








6 May, 2020  13:34



4 May, 2020  13:29

1 May, 2020  13:41



30 Aprel, 2020  10:56


29 Aprel, 2020  13:15



24 Aprel, 2020  21:10






sagbanner