Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu ölkələrdəki Azərbaycan vətəndaşlarına müraciət edildi

Azərbaycanın İndoneziyadakı səfirliyi akkreditə olduğu ölkələrdə yeni tip koronavirus (COVlD-19) epidemiyasının sürətlə yayılması ilə bağlı bu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət edib. Səfirlikdən verilən xəbərə görə, diplomatik korpusun akkreditə olduğu ölkələr - İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə “Qaynar xətt” (Əlaqə telefonu: +6281295622297; +6281293596611) yaradılıb.

Səfirlik vətəndaşlarımızdan koronavirusdan effektiv şəkildə qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.

Bununla yanaşı, səfirlik rəsmi veb-səhifəsinə və sosial şəbəkələrdəki hesablarına müvafiq məlumatları yerləşdirib və akkreditə olunan ölkələrdə yaşayan vətəndaşlar ilə operativ əlaqənin qurulması üçün ümumi “Whatsapp” qrupu yaradıb. Səfirlik mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlayaraq, onlara mövcud şərait ilə əlaqədar diqqətli olmağı və təlimatlara riayət etməyi tövsiyə edir.

Eyni zamanda, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azadılması məqsədilə təcilli olmayan konsulluq əməliyyatlarının təxirə salındığı və vətəndaşların qəbulunun yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacağı vurğulanıb.

Səfirlikdən verilən məlumata əsasən, bu günə olan tarixə qədər səfirliyin akkreditə olduğu ölkələrdə yaşayan həmvətənlərimizdə koronavirusa yoluxma halı müşahidə olunmayıb və bununla bağlı səfirliyimizə heç bir məlumat daxil olmayıb.






16 Mart, 2020  09:50 Baxılıb: 1002 Çap

Bu bölmədə

27 Mart, 2020
Şaban ayıdır

XƏBƏR LENTİ
27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04











14 Mart, 2020  13:06





13 Mart, 2020  17:53






sagbanner