Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Tokio-2020 Olimpiadasında gender bərabərliyi: Ölkələrin iki bayraqdarı olacaq

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən iki bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi müsbət qiymətləndirir.   Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının qərarını şərh edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirb.

Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya Komitələrinə müraciət edib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, Olimpiya oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, Beynəlxalq Olimpiya Komitəsinin bu tarixi qərarını dəstəkləyən Azərbaycan Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.

Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər.






6 Mart, 2020  10:39 Baxılıb: 5382 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner