Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çindən gələn 2 tələbə "Semaşko"ya yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.  Kliniki Tibbi Mərkəzdən Səhiyyə verilən məlumata görə, fevralın 19-u üçün yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya daha sonra isə Bakıya gəliblər. Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün, Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.

Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.






19 Fevral, 2020  11:17 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
2 Aprel, 2020  17:16



2 Aprel, 2020  09:32






31 Mart, 2020  18:45




31 Mart, 2020  09:21



27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04






sagbanner