Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Bakı Çempionatı” müsabiqəsi keçiriləcək

9 Fevral Azərbaycan Dövlət Teatr Xadimlərinin Mədəniyyət evində rəqs üzrə açıq statuslu rəsmi “Bakı Çempionatı” müsabiqəsi keçiriləcək. Müsabiqə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının, eləcə də Jam Group-un təşkilatçılığı ilə reallaşacaq. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı). “Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, hind və solo rəqslər nümayiş olunacaq. Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Bununla yanaşı həmin rəqqaslar gələcəkdə Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim edib, ölkəmizin adını zirvələrə qaldıra bilərlər” – deyə bildirdi Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik.

Qeydiyyat üçün əlaqə nömrələri. Az.gencler@mail.ru

+994124971236

+994502502293

+994557079002






5 Fevral, 2020  14:45 Baxılıb: 2189 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner