Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Araz" marketdən aldığı kərə yağını əritdi, bu hala düşdü - VİDEO

Sabunçu rayonu, Savalan qəsəbəsinin sakini Fərid Həsənov, həmin qəsəbədəki “Araz” marketdən “Anchor” kərə yağı aldığını və onu əridən zaman qəribəlik müşahidə etdiyini iddia edir. Həmin an lentə aldığı görüntüləri Yeniavaz.com-a göndərən F. Həsənov kərə yağını yanvar ayını 24-ü saat 11:00-14:00 aralığında marketdən aldığını bildirir. O, bununla bağlı qəbzi isə ehtiyatsızlıq edərək saxlamadığını deyib.

Məsələ ilə bağlı “Araz” Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Billurə Əmirova ilə əlaqə saxladıq. O bildirdi ki, “Anchor” kərə yağı Zellandiyada istehsal olunur:

“Məhsul “Fonterra” şirkətinə məxsusdur. Azərbaycanda rəsmi distribütoru “Delta Anchor” şirkətidir. “Araz” Supermarketlər Şəbəkəsində müəmadi satılan və müştərilər tərəfindən davamlı istehlak edilən məhsuldur. Marketlərimizdə saxlanma şəraitinə daima nəzarət olunur. “Anchor” kərə yağları müvafiq dərəcədə südlük soyuducularda saxlanılır”.

B. Əmirova qeyd olunan tarixdə sözügedən marketdən bu məhsulun alınması məsələsi ilə bağlı isə heç bir məlumat vermədi.

“Delta Qrup” şirkətinin hüquq departamentinin direktoru Akif Abbsov isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, şirkət öz məhsulunun keyfiyyətindən tam əmindir amma yenə də məsələ araşdırılacaq:

“Bu birinci belə hal deyil. Biz Cənubi Qafqaz üzrə “Anchor”un yeganə distributoruyuq. Bütün məhsullar isə birbaşa Yeni Zelandiyadan – zavodun özündən gəlir. Məhsulumuza görə tam arxayınıq. Biz həmin yoldaşla görüşək, həmin malı göstərsin, biz onun sənədlərini və o tarixdə gələn məhsulları anbardan çıxaraq və bunun səbəbini araşdıraq”.

A. Abbasov onu da dedi ki, məhsulun xüsusi saxlanma şəraiti var və satıldıqdan sonra bu barədə müştərilərin özləri cavabdehdirlər:

“Bu yağın xüsusi saxlanma texnologiyası da var. Elə insanlar var ki, onu 2-3 gün çöldə saxlayır, sonra götürüb soyuducuya qoyur. Şikayətlər əsasən belə hallarda olur. “Araz” marketlər və digər böyük şəbəkələrdə bizim satış komandamız və keyfiyyətə nəzarət bölməsinin əməkdaşları var. Onlar hər gün rəfləri və saxlanma şəraitini yoxlayırlar. Bu məhsul -4 temperaturunda saxlanılmalıdır. Bunun hamısına nəzarət edilir. Məhsul müştəriyə təhvil verildikdən sonra isə, saxlanma şəraitinə artıq o cavabdehdir”.

Həmin görüntüləri təqdim edirik:

 






31 Yanvar, 2020  14:17 Baxılıb: 2356 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







6 İyul, 2020  16:48







2 İyul, 2020  16:06













29 İyun, 2020  15:17

















19 İyun, 2020  17:41



19 İyun, 2020  17:11



sagbanner