Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

“Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdiq olunan mövsümi qrip hadisələridir. Buna baxmayaraq Səhiyyə naziri Oqtay Şirəliyev profilaktik tədbirlərin aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, nazirliyin bütün tibb idarələrinə konkret tapşırıqlar verilib”.

Mütəxəssis vətəndaşlara müraciət edərək bildirib ki, virusun əlamətləri qripin klinikasına oxşardır: “İlk növbədə əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır. Əgər ətrafda xəstə şəxs varsa, ondan kənar gəzmək məsləhətdir. Çöldən gələndə əllərin sabunla yuyulmasıı, spirtlə silinməsi mütləqdir. Eyni zamanda kimsə özündə virusun hər hansı əlamətini aşkar edərsə, dərhal həkimə müraciət etməlidir”.






29 Yanvar, 2020  13:24 Baxılıb: 1180 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner