Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xırdalan qəbiristanlığı sökülür? - AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq, Xırdalan qəbiristanlığının bir hissəsinin söküləcəyi barədə məlumat yayılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qəbristanlığın sökülməsi məsələsinə münasibət bildirib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat əsassızdır:“Bakı-Sumqayıt yolunda təmir işləri aparılır. Xırdalan dairəsinə qalxan və düşən istiqamətlərdə yaşayış və qeyri-yaşayış sahələri var. Genişləndirmə zamanı onların söküntüsü aparılır. Qanunvericiliyə müvafiq olaraq, onlara kompensasiya ödənilir. Xırdalan qəbiristanlığının sökülməsindən isə söhbət gedə bilməz. Qəbiristanlığın hasarı belə sökülməyəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikintinin aparıldığı ərazidə olan ağacların götürülməsi qərarı verilib: “Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxaclarının qarşısının alınmasının vacibliyi nəzərə alınaraq, burada tikintinin aparıldığı ərazidə olan ağacların götürülməsinə ictimai dinləmədən, məsləhətləşmələrdən sonra müsbət rəy verilib.

Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin”.






23 Yanvar, 2020  12:13 Baxılıb: 1149 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner