Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qar xəbərdarlığı verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.  Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.  Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə, 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

 

 

 






22 Yanvar, 2020  15:11 Baxılıb: 361 Çap

Bu bölmədə

20 Fevral, 2020
Sabahın HAVASI

XƏBƏR LENTİ
20 Fevral, 2020  16:03


19 Fevral, 2020  17:44












17 Fevral, 2020  09:17

15 Fevral, 2020  13:28

15 Fevral, 2020  12:35






14 Fevral, 2020  11:39




12 Fevral, 2020  16:52

12 Fevral, 2020  15:46






12 Fevral, 2020  09:38




11 Fevral, 2020  17:17


11 Fevral, 2020  17:00


11 Fevral, 2020  14:28

11 Fevral, 2020  14:17







8 Fevral, 2020  11:14

sagbanner