Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

May ayında 0,75% ucuzlaşma olub

1 ailənin minimum təminatı üçün 526 manat lazımdır

May ayında Azərbaycanda istehlak qiymətləri 0,75% azalıb. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) may ayı ərzində apardığı qiymət monitorinqinin nəticələrinə əsasən, ərzaq məhsulları 1,62% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,32%, xidmətlər isə 0,18% bahalaşıb. 
May ayında aparılan monitorinqlə bağlı məlumat verən İTM sədri Qubad İbadoğlu bildirib ki, Bakıda qiymətlər 0,62%, regionlarda isə 0,88% azalıb. Onun sözlərinə görə, bu azalma yalnız ərzaq məhsullarının qiymətində mövsümi amillər səbəbilə baş verən ucuzlaşma hesabına qeydə alınıb. Belə ki, may ayında ərzaq məhsulları Bakıda 1,3%, regionlarda 1,93% ucuzlaşıb. Qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,23% və 0,4%, xidmətlər isə 0,09% və 0,27% bahalaşıb. Bu zaman ən çox yer xiyar (52,4%), baş soğan (42,19%), ağ kələm (40,79%), çiyələk (29,51%) ucuzlaşıb.
Ən çox bahalaşma isə qeyri-ərzaq məhsullarından kərpicdə (9,06%), 750 əyarlı qızıl üzükdə (4,94%) və parketdə (3,94%) qeydə alınıb.
Mərkəz rəhbərinin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 14,65% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,11%, regionlarda isə 11,25% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (25,05%) olub. Qeyri-ərzaq məhsullarında artım 3,35%, xidmətlərdə isə 3,51% olub: «Bu ilin 5 ayında ölkədə istehlak qiymətləri 5,33%, o cümlədən ərzaq məhsulları 8,53%, qeyri-ərzaq məhsulları 1,06%, xidmətlər isə 2,38% yüksəlib».
Mərkəz rəhbəri istehlak səbətinin dəyəri barədə də məlumat verib. Onun sözlərinə görə, may ayında Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 161,95 manat, pensiyaçılar üçün 146,38 manat, 0-14 yaşlı uşaqlar üçünsə 202,21 manat təşkil edib. Bu o deməkdir ki, hər 2 valideynin işlədiyi və 1 uşağı olan 3 nəfərlik ailənin minimum ehtiyacları qarşılaması üçün 526 manat gəliri olmalıdır.
Q. İbadoğlu söyləyib ki, minimum istehlak səbətinin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi normativlər əsasında hesablanıb.
İqtisadçı deyib ki, minimum xərclərin tərkibində ərzaq xərcləri yenə ən böyük paya malikdir: «Hesablamalarımıza görə, ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 101,91 manat, pensiyaçılar 91,3 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 116,92 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərc işləyən əhali üçün 34,72 manat, pensiyaçılar üçün 32,44 manat, 0-14 yaşlı uşaqlar üçün 67,73 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib».
Xatırladaq ki, «Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən, ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edili».






13 İyun, 2011  18:37 Baxılıb: 1181 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55