Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nərminin anası: Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm, bizi Bakıya köçürün

İstəyirəm ki, tezliklə balamın qatili cəzalandırılsın. O, ən ağır cəzaya layiqdir. Yandırılıb edam olunmalıdır. Bu sözləri vəhşicəsinə qətlə yetirilən Nərmin Quliyevanın yeddi mərasiminə qatılmaq üçün Tovuza ezam olunan News24.az-ın müxbirinə açıqlamasında mərhum azyaşlının anası Aynurə İsmayılova bildirib. O, qızının qətli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib: “Cənab Prezidentimiz İlham Əliyev! Bilirəm ki, həm Siz, həm də Mehriban xanım uşaqlara xüsusi qayğı ilə yanaşır, onları sevib qoruyursunuz. Ona görə də Sizdən kömək istəyirəm. Bizim Tovuzdan Bakıya köçüb yerləşməyimizə yardım edin.

Qalan iki övladıma görə çox qorxuram. Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm. Qızım o evdə yanıb. Ona orada zülm eləyib, başını daşla əziblər. Sizdən övladımın qatilinin, bu işdə ona kömək edənlərin ən ağır cəza almasına göstəriş verməyinizi xahiş edirəm”.

Nərminin ailəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bakıya köçürülmələri ilə bağlı müraciəti yazılı şəkildə də ünvanlayıb.






15 Yanvar, 2020  17:03 Baxılıb: 1077 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner