Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prezident Aydın Kazımzadəyə mənzil bağışladı

Prezident İlham Əliyev kino tədqiqatçısı, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadəyə mənzil bağışlayıb. 80 yaşı tamam olan Aydın Kazımzadə Open.az-a açıqlamasında yubileyi ərəfəsində ən böyük hədiyyənin Prezident İlham Əliyev tərəfindən verildiyini bildirib:

“Prezident İlham Əliyev mənə ikiotaqlı mənzil hədiyyə edib. Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz. Şəfiqə Məmmədovaya da minnətdarlığımı bildirirəm”. Aydın Kazımzadə hazırda “Xatirələr” adlı kitab yazdığını vurğulayıb.

Qeyd edək ki, Aydın Kazımzadə Azərbaycanda kino mətbuatının yaradıcısıdır. Uzun illər “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, AzTV-də dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb.

Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq Prezident Heydər Əliyev tərəfindən sərəncamla avqustun 2-ni Mill Kino Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.

Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.






15 Yanvar, 2020  16:30 Baxılıb: 391 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




31 Mart, 2020  18:45




31 Mart, 2020  09:21



27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04











sagbanner