Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zaqatalada qızıl oğrusu saxlanılıb

Zaqatala rayonunda qızıl oğrusu saxlanılıb.  Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.  Bildirilib ki, rayonun Yuxarı Tala kəndində yerləşən üç evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib.

Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb.

Araşdırma zamanı Ə.Məmmədovun həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra dəyərindən ucuz qiymətə Zaqatalada qızıl alqı-satqı yerlərinə satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub. Saxlanılan şəxsin yaşadığı evdən isə oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Məmmədovun digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.






15 Yanvar, 2020  10:51 Baxılıb: 866 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner