Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yenə yağış yağacaq

Sabahın hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 775 mm civə sütunu, nisbi rütubət 80-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 15-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.






14 Yanvar, 2020  14:03 Baxılıb: 944 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner