Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə dəfn mərasiminin təşkilat komitəsinin sədri Mehdi Sedqi bildirib.

“Əvvəlcə Qasım Süleymaninin dəfn olunduğu xəbərini elan etdik ki, kütlə sakitləşsin. İzdiham müşahidə olunduğundan dəfn prosesini icra etmək mümkün deyil. Buna görə dəfn mərasimi təxirə salınıb. Dəfn mərasimi başqa vaxtda təşkil olunacaq”, - deyə M. Sedqi qeyd edib.

Qeyd edək ki, son məlumatlara görə, İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 35 nəfər ölüb, 190 nəfər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.






7 Yanvar, 2020  15:36 Baxılıb: 1135 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner