Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İsa Hüseynovun 83 yaşı oldu

Böyük ədib zövqlə oxunan az sayda yazıçılardandır

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin, xalq yazıçısı İsa Hüseynovun 83 yaşı tamam olur. O, 1928-ci il, mayın 13-ü Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. 
Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, 4 ayın tamamında təsilini yarımçıq qoyaraq kəndə qayıdıb.
Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini qəbul olan İ.Hüseynov oranı bitirərək, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, ssenari şurası üzvü, Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.

İ.Hüseynov ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür", Tütək səsi və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə edilib "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
İ.Hüseynov “İdeal” romanı ilə ədəbiyyatda möhtəşəm hadisə yarada bilib. Böyük ədibin yazıları, mətbuata verdiyi müsahibələri zövqlə oxunur.
Simsar.az saytının kollektivi İ.Hüseynova can və ruh sağlamlığı arzulayır.


Aynurə






13 İyun, 2011  16:33 Baxılıb: 1913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner