Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əri təfindən öldürülən qadının qətlinin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, əri tərəfindən vəhşicəsinə döyülən 24 yaşlı Nuranə Əliyeva həkimlərin müdaxilələrinə baxmayaraq, vəfat edib.

Simsar.az  “Yeni Sabah”a istinadən xəbər verir ki, həmin hadisə ilə bağlı yeni detallar məlum olub.  Bildirilib ki, cinayəti törədən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Aldadıldığından şübhələnən ərin cinayətə əl atdığı deyilir.

Onu da əlavə edək ki, Goranboy rayonundan olan və Bakıda kirayə yaşayan cütlüyün iki azyaşlı övladı var.

Xatırladaq ki, cinayət dekabrın 26-da paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 24 yaşlı Nuranə Əliyeva həyat yoldaşı tərəfindən döyülüb və onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb. Lakin bir müddət sonra geri dönərək N.Əliyevanı 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər. Lakin həkimlərin səyinə baxmayaraq, N.Əliyeva bu gün müalicə aldığı xəstəxanada vəfat edib.






29 Dekabr, 2019  12:32 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner